Müsabiqə başladı
gün
saat
dəqiqə
saniyə
Bakı Marafonu - 2022 başlayır!
Yeni formatda, yeni ruhda, yeni marşrutda — Bakı Marafonu-2022 başlayır!
Nəhayət, 2 il fasilədən sonra sizinlə birlikdə bir çox əngələ qalib gələrək, beşinci dəfə — mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonuna start veririk!
2016-cı ildən təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
QEYDİYYAT TARİXİ: 25 MART - 10 MAY
“Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı Marafonu bu il fərqli marşrutda təşkil ediləcək. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcək:
Dövlət Bayrağı Meydanı-Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

KİŞİ REKORDSMEN

İQOR ALİFİRENKO
01:05:46

QADIN REKORDSMEN

ÇELİK FATİME
01:17:55

MARAFONDA ADDIMLARIN ÜMUMİ SAYI
2 MİLYARDDAN ÇOX

MARAFON İŞTİRAKÇILARININ ÜMUMİ SAYI
58 000-DƏN ÇOX

