00
gün
00
saat
00
dəqiqə
00
saniyə

Bakı Marafonu - 2025 başlayır!

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonuna start veririk!

2016-cı ildən təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

ONLAYN QEYDİYYAT: 4 MART - 25 APREL

MƏNTƏQƏLƏRDƏ QEYDİYYAT TARİXİ: 4 MART - 25 APREL

MƏNTƏQƏLƏR: 28 MALL, GƏNCLİK MALL, DƏNİZ MALL

“Küləyə qalib gəl” şüarı altında səkkizinci dəfə keçiriləcək Bakı Marafonunun bu il start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcək:

Dövlət Bayrağı Meydanı-Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi - Üzeyir Hacıbəyli küçəsi, Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospektinin bir hissəsi – Zərifə Əliyeva küçəsi (Hökumət evi, Muzey Mərkəzi), Neftçilər prospekti (Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

BAKI MARAFONU - 2024 QALİBLƏRİ

KİŞİ REKORDSMEN
RİNAS AXMADİYEV
01:04:04
QADIN REKORDSMEN
SEMENOVİÇ NATALİA
01:15:41
MARAFONDA ADDIMLARIN ÜMUMİ SAYI
2.3 MİLYARDDAN ÇOX
MARAFON İŞTİRAKÇILARININ ÜMUMİ SAYI
96 000-DƏN ÇOX

Fiziki şəxslər
üçün məlumat

Korporativ iştirakçılar
üçün məlumat

QEYDİYYAT MƏNTƏQƏLƏRİ

GƏNCLİK MALL
14 Fətəli Xan Xoyski, Bakı
DƏNİZ MALL
26a Neftçilər Prospekti, Bakı
28 MALL
Azadlıq prospekti 15a/4, Bakı

SUALLAR VƏ CAVABLAR

Marafonda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir.

Korporativ iştirakçılar (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir.

Tələbələrin marafonda iştirakı üçün vəsait Heydər Əliyev Fondu tərəfindən ödənildiyindən, onlar qeydiyyat zamanı ödəniş etməyəcəklər.

Korporativ iştirakçılar (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir.

Korporativ iştirakçılar qeydiyyatdan keçmək üçün [email protected] e-poçt ünvanına yazmaqla, Bakı Marafonunda iştirak üçün müraciət edə bilərlər.

Yarışda iştirak etmək istəyən 18 yaşdan yuxarı şəxslər martın 1-dən aprelin 25-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu - 2025”-in saytına (marathon.az) müraciət edə bilərlər.
Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, eyni zamanda, tələbə vəsiqəsinin surətini təqdim etməlidirlər) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Bəli. Onlayn qeydiyyatdan keçmək üçün www.marathon.az saytında “Qeydiyyat” bölməsinə daxil olun, yarışa qatılmaq üçün sizə uyğun paketi seçin və qeydiyyatdan keçin.

“Bakı Marafonu - 2025”in rəsmi FacebookInstagram səhifəsini izləməklə, marafon gününə tam və peşəkar səviyyədə hazırlaşa bilərsiniz. Çünki burada həm gündəlik məşq planınız, həm də qida rejiminiz paylaşılacaq.

Marafon 21 KM-lik məsafəni əhatə edəcək.

“Küləyə qalib gəl” şüarı altında səkkizinci dəfə keçirilən Bakı marafonunun start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcək: Dövlət Bayrağı Meydanı- Dənizkənarı bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ şəhər bulvarı- Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi-Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi-Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

“Bakı Marafonu – 2025”-in start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanı olacaq. Ona görə də çanta təhvili zonası start/finiş nöqtəsində fəaliyyət göstərəcək. Yalnız marafon iştirakçıları öz çantalarını təhvil zonasına verə bilərlər. Çantanızı təhvil verərkən onun üzərinə stiker yapışdırılacaq. Həmin stiker marafon nömrənizlə birlikdə sizə təqdim olunacaq. Zəhmət olmasa, yarış çantanızı təhvil zonasına verməzdən öncə ona yarış nişanı stikerinin bərkidildiyinə əmin olun. Marşrutu tamamlayıb finiş xəttinə - Dövlət Bayrağı Meydanına gəldikdə, onları götürmək imkanınız olacaq. Start və finiş zonası eyni ərazidə - Dövlət Bayrağı Meydanında yerləşdiyi üçün əşyalarınızı yarış günü saat 09:00-dan gec olmamaqla təhvil verməli və həmin gün 17:00-dan gec olmamaqla, təhvil almalısınız.

“Bakı Marafonu - 2025”-in mükafatlandırması iki kateqoriyada olacaq. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell),eləcə də “finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “finiş xəttini ilk keçən korporativ iştirakçı” nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur.

TƏRƏFDAŞLARIMIZ

Azercell
Elm və Təhsil Nazirliyi
Rəqəmsal İnkişaf Nazirliyi
Socar
Regional İnkişaf İctimai Birliyi
Dənizkənarı Bulvar İdarəsi